15 dekabr 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzində təlimçi-ekspert Zaur Hacılının təqdimatında “Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət sisteminin qurulması və onun adekvatlığının yoxlanılması” mövzusu üzrə təlim proqramı keçirildi.
Təlimçi tərəfindən istifadə edilən interaktiv metodlar və diskussiya formasında keçirilən təlim iştirakçılar tərəfindən böyük maraq ilə qarşılanmışdır.
Təlimi uğurla bitirən iştirakçılar sonda sertifikatla təltif edildilər. Onlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzu edirik!

SHARE