Çox saylı istəkləri nəzərə alaraq, 23 dekabr 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzində Palatanın İdarə Heyətinin sədrinin müavini vəzifəsini icra edən təlimçi-ekspert Asim Zülfüqarovun təqdimatında “Risklərin idarə edilməsi” mövzusunda yenidən təlim keçirilmişdir.
Müasir dövrdə yüksək aktuallığa malik olan mövzu üzrə təlimdə toxunulan nəzəri və praktiki məsələlər iştirakçılar tərəfindən böyük maraq ilə qarşılanmışdır.
Və sonda təlim proqramını uğurla bitirən iştirakçılar sertifikat ilə təltif edildilər. Onlara peşəkar fəaliyyətlərində müvəffəqiyətlər arzu edirik!

SHARE