ATTF, Lüksemburq Təlim Mərkəzi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə əməkdaşlığı çərçivəsində 10-13 dekabr 2018-ci il tarixlərində “İnkişaf etmiş kapital bazarları: törəmələr & strukturlaşmış məhsullar və svoplar” təlim proqramı həyata keçirilmişdir.

ATTF, Lüksemburq Təlim Mərkəzi və Maliyyə Bazarlarına Nəzarət
Palatasının birgə əməkdaşlığı çərçivəsində 10-13 dekabr 2018-ci il tarixlərində dünyanın 26 ölkəsində paylanan 180 alt fonda 28 milyard dollarlıq aktivi idarə edən “Lemanik Asset Management”-in Direktoru və kapital bazarları sahəsində böyük təcrübəyə sahib olan Mr. Philippe Maclot-Leducun təqdimatında “İnkişaf etmiş kapital bazarları: törəmələr & strukturlaşmış məhsullar və svoplar” təlim proqramı həyata keçirilmişdir.
Təlim Proqramında bazarlar və portfolio menecmentin klassik nəzəriyyəsi, opsionlar, forvardlar və növləri, fyuçers bazarlarının təşkili, strukturlaşmış məhsulların dizaynı və məsələləri mövzuları müzakirə olundu.
Təlim proqramını uğurla bitirən iştirakçılar sertfikatla təltif olunmuşdur. İştirakçılara gələcək peşəkar fəaliyyətində uğurlar arzulayırıq!

SHARE