Strateji baxış

[:az]Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzdində fəaliyyət göstərir. Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi Azərbaycanda maliyyə bazarı üzrə ixtisaslaşmış təlim mərkəzidir. Mərkəzimiz maliyyə bazarlarında işləyən, və ya işləmək istəyən və həmçinin maliyyə savadını artırmaq istəyən, maliyyə bazarlarının alətləri, iştirakçıları, iş prinsipi haqqında məlumat əldə etmək və biliklərə yiyələnmək istəyən hər kəs üçün yaradılmış təlim mərkəzidir. Mərkəzimiz qabaqcıl yerli və beynəlxalq təcrübəni əks etdirən təlim xidmətləri təklif edir. Mərkəzimiz tərəfindən hazırlanan proqramlar qərb təcrübəsinin yerli bazarlarda tətbiqini, eləcə də beynəlxalq bazarlara inteqrasiyasını təmin edir. Təlim Mərkəzi maliyyə bazarı mütəxəssislərinin peşəkar inkişafı və ictimaiyyətin maliyyə savadının gücləndirilməsini özünə məqsəd seçib. Təqdim etdiyimiz tədris proqramlarına həm peşəkar təlimlər, eyni zamanda şəxsi inkişafnan bağlı təlimlər daxildir. [:]

Məqalə yoxdur